O gül mənə bu gecə həmzəban olan gecədir
O gül mənə bu gecə həmzəban olan gecədir,Deyib, gülüb, danışıb, mehriban olan gecədir.
Vəfa səhifəsini şərh edəm gərək o gülə,Həqiqi eşqimizə imtahan olan gecədir.
O sərv boylu səhər seyri-laləzar edəcək,Çəmən çiçəklərinin bağrı qan olan gecədir.
Xüsusi ətr alacaq öz gülündən hər bülbül,Xədəngi-nazə könüllər nişan olan gecədir.
Bu xoş dəqiqələri, ey könül, qənimət bil,Bəla əsirləri şadiman olan gecədir.
Rəqib eşitsə, nigarım mənimlə həmdəm olub,Həsədlə ömrü bu qəmdən xəzan olan gecədir.
Gül isə pərdeyi-ismətdən aşikar olacaq,Vüsalə yetməyə bülbül nihan olan gecədir.
İnanma, əl çəkə bülbül gülün kənarından,Sevimli dilbərinə pasiban olan gecədir.
Gülüzlülər səni, Vahid, yenə əhatə edib,Təfaxür eylə ki, bəxtin cavan olan gecədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-o-gul-mene-bu-gece-hemzeban-olan-gecedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey dil, fəraqi-yaridə əfğan edəm gərək,Hicran oduyla ta səni büryan edəm gərək.
Fikrindəmi bir gün, gözəlim, biz sizə gəldik?Fikrindəmi bir gün, gözəlim, biz sizə gəldik?Sizdən qayıdıb, sonra bərabər bizə gəldik.
Biz bir qatar tutiyi-şirinsuxənlərikQəzəl böyük ədib və şair Hüseyn Cavidə ithaf edilmişdir*Biz bir qatar tutiyi-şirinsuxənlərik,
Könül, biz aşiqik, eşq ilə iftixar edirikKönül, biz aşiqik, eşq ilə iftixar edirik,Bu iftixarimizi xəlqə intişar edirik.
Стихи других поэтов · О любви
Badi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
BülbülBülbül! Səhər-səhər qonaq budağa,Günəşin eşqinə bir dastan qoşaq!
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.