Yol saldım onun zülfünə sevdası gözəldir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Yol saldım onun zülfünə sevdası gözəldir,Hər şeydən onun gün kimi siması gözəldir.
Geysusi gözəl, lalə üzari gülə bənzər,Məşşatə nə lazım ki, hər əzası gözəldir.
Hər acı sözü yarın olar qəndə bərabər,Bəh-bəh, nə əcəb şivəsi, qovğası gözəldir.
Zəncirə düşüb rahət olar bu dəli könlüm,Çünki, yarımın zülfi-çəlipası gözəldir,
Bir sərv kimi cilvələnər qaməti gözdə,Çeşmə yanında onun qaməti-rənası gözəldir.
Ulduzmudur aya, xalı ol ləbləri üstə,Ya hindli edir səcdə, tamaşsı gözəldir.
Макта — последний бейт с тахаллусом поэта. Tus əhli olan Qüdsi tapıb feyzi o yerdən,Bu Bakılı Qüdsi deyir ixlası gözəldir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bakixanov-yol-saldim-onun-zulfune-sevdasi-gozeldir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kuyindən alır daim rövnəq gülü bustanlar,Torpağını ol kuyin təşkil eləyir canlar.
Könlümdə nə şandır, nə də ki, namü nişandırKönlümdə nə şandır, nə də ki, namü nişandır,Pəjmürda edən xatirimi muyi-miyandır.
Könlümü bağlamışam zülfünə, ey laləüzarKönlümü bağlamışam zülfünə, ey laləüzar,Qalmamış qəlbdə heç tabü təvan, səbrü qərar,
Min bir bəlaya düşdü, budur əhli-ruzigarMin bir bəlaya düşdü, budur əhli-ruzigar,Bir saqidir edən məni dünyada payidar.
Стихи других поэтов · О любви
Ovcumda bir daş vardır...Zümrüd kimi, sevdiyim
MuylarınMənim sonam cilvə verib özünə,Darayıb, gərdənə tökər muyların.
Şe’r və məhəbbətŞadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.
Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Rüzgarın bağı icrə növguli-rənasıdır,