Kuyindən alır daim rövnəq gülü bustanlar,Torpağını ol kuyin təşkil eləyir canlar.

Ruxsarını əks etmiş, sanki gülü bülbül bax,Gülzarda gülər hər gül, bülbül edər əfğanlar.

Leyliyə deyən dəmdə Məcnundakı bərqi-eşq,Əfsanə kimi gəzdi dillərdə bu dastanlar.

Məşuqə və aşiqçin varlıq ilə sərxoşluq,Həm ruzədir, həm bayram açılsa giribanlar.

Yar zülfünün hər bəndi san qəlbimi gizlətmiş,Hər həlqəsinə guya bağlanmada çovkanlar.

Hər guşəsi bu qəlbin bənzər çölə, səhrayə,Sığmaz ona bu üzdən səhravü biyabanlar.

Макта — последний бейт с тахаллусом поэта. Saqi, nə gözəl, mey--xoş, əğyar gözündən dur.Qüdsi, belə keyf olmaz dövr eyləsə dövranlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви