Hər zülmün rahatlıq bəxş edir inan,Şövqindir qəlbimi işıqlandıran.

Hər yerdə cəmalın bir gözəlliklə,Gözlərim önündən çəkilmir bir an.

Qəbulun şübhəsiz bəxtiyarlıqdır,Olmadım lütfündən mənsə kamiran.

Bəs hanı mənzilin, sənə yol hanı?Geriyə qalmışdır bizim karivan.

Nakamlıq özü bir kam oldu bizə,Bu imiş eşqdən bizə ərmağan.

Əlində xəncərdir, ləbində gülüş,Qəribə qatilmiş bizim canalan.

Макта — последний бейт с тахаллусом поэта. Qüdsi, heyrətdəyəm, məni rədd edən,O gözəl olmuşdur indi mehriban.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви