Zülfün götür üzdən dedim, ol məh şəkə düşdü
Zülfün götür üzdən dedim, ol məh şəkə düşdü,Ayinə kimi könlünə, gördüm, ləkə düşdü.
Əbrularınə tiğ dedim, qanımı tökdü,Qan eyləməmiş gör nə böyük mərəkə düşdü!
Bildim ki, məni öldürəcək naz ilə ol şux,Bu vahimədən qəlbimə min səksəkə düşdü.
Cövr etmə, dedim, aşiqinə rəhm elə, ey gül,Çox zülm edən axırda gəlib pis kökə düşdü.
Zahid mənə tərk eylə, dedi, badeyi-nabı,Bir söz dedi, yüz dəfə başından yekə düşdü.
Gah könlümü istər ala qəmzən, gəhi çeşmin,Biçarəni gör bir necə çəkhaçəkə düşdü.
Vahid nə qədər incə qəzəllər demiş, ammaBaşdan-başa bu bir qəzəli məzhəkə düşdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-zulfun-gotur-uzden-dedim-ol-meh-seke-dusdu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zülfün kimi, ey gül, nə ətirli nəfəsin var!Yoxsa bu lətafətlə can almaq həvəsin var?
Bir bilmədim, ol afəti-candan nə xəbər var?Bir bilmədim, ol afəti-candan nə xəbər var?Məcnuna o Leylayi-zamandan nə xəbər var?
Bilsən sənə, ey gül, nə qədər hörmətimiz varBilsən sənə, ey gül, nə qədər hörmətimiz var,Bir gün yetərik vəslə, əgər qismətimiz var.
Canın istər, ol deyil aşiq ki, canandan keçərCanın istər, ol deyil aşiq ki, canandan keçər,Aşiq oldur, mən kimi canan üçün candan keçər.
Стихи других поэтов · О любви
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Mənzilim dərgahi-cananımda bolğay kaş kiMənzilim dərgahi-cananımda bolğay kaş ki,Ya ona mənzil mənim canımda bolğay kaş ki.
QalmasınAləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsin
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.