A yağa məni
Arif olan, bir od düşüb canıma,Əridib döndərir a yağa məni.Aşıq deyər, ay ağa,Yetiş dada, ay ağa,Illər xəstəsi canım,Yar gəldi, qalx ayağa!Ağa olan qulun salmaz nəzərdən,Salma nəzərindən, ay ağa məni!
Kamil ovçu, ovun görcək sin, ayə!Oxu dərsin əzəl başdan “sin” ayə!Aşıq deyər, sin, ayə!Oxu dərsin “sin” ayə!Xəstənin gözü düşmüşYetkin nar, tər sinayə.Ömr azaldı, vədə yetdi sinə, ayə!Bir gün də bükərlər ay ağa məni.
Mənim yarım yaşıl geyib, incidir,Incə beldə gümüş kəmər, inci, dürr.Aşıq deyər, inci, dürr,Inci – mərcan, inci – dürr.Yaman övlad, bəd qonşuQohum-qardaş incidir.Xəstə düşdüm, bu dərd məni incidir,Tut dəstimdən, qaldır ayağa məni!
Ələsgərəm, dada gəldi, budu yar,Bayquların məskənidi bu diyar.Aşıq deyər, budu yar,Gül bəsləyən bu diyar.Canım sadağa verrəm,Qəbuldursa, budu, yar!Al xəncəri, bağrım başın, budu, yar,El içində salma ayağa məni!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-a-yaga-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
"Can" deməklə candan can əskik olmaz,Məhəbbət artırar, mehriban eylər.
ƏvəzdiGözəllər sultanı, ay Səlbi xanım,Sallanışın bir mahala əvəzdi.
GedibdiEşidin, məclisdə arif olanlar,Sərrafam, gövhərim, kanım gedibdi.
Getmə göz önündən, ay Şəkər xanımGetmə göz önündən, ay Şəkər xanım,Könül mayıl olub o qələm qaşa.