Gedibdi
Eşidin, məclisdə arif olanlar,Sərrafam, gövhərim, kanım gedibdi.Ah çəkibən yar yoluna baxmaqdan,Yəqin bilin, yarı canım gedibdi.
Nazik barmaqlıdı, şümşad əllidi,Ayna qabaqlıdı, siyah tellidi,Şəkər söhbətlidi, şirin dillidi,Tuti kimi xoş zəbanım gedibdi.
Müddətdi, gözümdən olubdu iraq,Əridib cismimi dərdü qəm, fəraq.Büllur buxaq, lalə yanaq, ay qabaq,Ala gözlü Səhnəbanım gedibdi.
İş sana ağahdı, qadir Ilahi!Eşq əlindən itirmişəm irahı.Ələsgərəm, budu sözün kütahı:Yar gedəli din-imanım gedibdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-gedibdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir sözüm var sana pünhan deməli,Qayıl olsan, deyim, gül sana qurban.
Sarı köynəkCilvələnib, nə qarşımda durubsan,Canım sana qurban, ay sarı köynək!
SeçilmişXublar məclisinə güzar eylədim,Gördüm gözəllərin xası seçilmiş.
Sənəm, gəlSəni gördüm, əl götürdüm dünyadan,Yaşıllı, zərbablı, allı Sənəm, gəl!
Стихи других поэтов · О любви
Gecə-gündüz həsrətini çəkməkdənGünümü eylədim qara, sevgilim,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,