Bir sözüm var sana pünhan deməli,Qayıl olsan, deyim, gül sana qurban.Nə müddətdi həsrətini çəkirəm,Söyləyim, dərdimi bil, sana qurban.

Cünun olduğumu hər mahal bildi,Dərd məni söylətdi, düşmanlar güldü.Bivəfa qızlardan əlim üzüldü,Eylərəm canımı, dul, sana qurban.

Ələsgəri gözdən qoyma irağa,Könül tab gətirməz dərdi-fərağa.Leyli kimi vədə versən bulağa,Məcnun tək gözlərəm il, sana qurban.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов