Getmə göz önündən, ay Şəkər xanım,Könül mayıl olub o qələm qaşa.Gəl, əyləş məclisdə, sən mənim canım!Mən saz çalım, sən də eylə tamaşa.

Mən aşığam, yasaq yoxdu dilimə,Şükr eylərəm haqdan gələn zülümə.Sənin kimi gözəl keçməz əlimə,Yüz il gəzsəm bu dünyanı baş-başa.

Gözəllər sultanı, mələklər xanı,Qaytarmazlar pirə gələn qurbanı.Öldür Ələsgəri, qurtarsın canı,Vay xəbərin göndər qohum-qardaşa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов