Ey gül, səni hər kəs ki, sevib bəxtəvər oldu
Ey gül, səni hər kəs ki, sevib bəxtəvər oldu,Eşqində bir ancaq mənim ömrüm hədər oldu.
Kim sevdi qara zülfünü, ağ günlərə çıxdı,Tale mənə yar olmadı, bir dərdi-sər oldu.
Mən ağladım öz halıma, biganə sevindi,Şükr eylə ki, mən qaldım, o məndən betər oldu.
Kuyində mənə zülm eləyəndən biri qalmıb,Ahım odu yandırdı, hamı dərbədər oldu.
Yıxmaqdı məni məqsədi namərd rəqibin,Bar vermədi məqsudi, bütün bisəmər oldu.
Ayrılmaz idik bir-birimizdən, aramızda,Göz dəydi bizə, bəlkə də, bir bədnəzər oldu.
Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdir.Hər kim vətənin sevdi, o əhli-hünər oldu.
Vəhşiliyə, namərdliyə, nadanlığa nifrət!İnsanlıq ilə ömr eləyən bəxtəvər oldu.
Səndən sora, Vahid, ayıq ol, qoy deməsinlər,Dünyaya gəlib-getdi, hayıf, bixəbər oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ey-gul-seni-her-kes-ki-sevib-bextever-oldu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Canan, nə etmişəm, belə biganəyəm sənə?Məcnun olan da mən evi viranəyəm sənə!
Ürəyimdə o qədər sevgi varımdır VətənəÜrəyimdə o qədər sevgi varımdır Vətənə,Necə ki, bülbüli-şeyda olur aşiq çəmənə.
Aldı mey camini ol yari-güləndam əlinəAldı mey camini ol yari-güləndam əlinə,Can fəda saqiyə! Verdi o gülün cam əlinə.
Əgər mən olsam, o geysuyi-müşkitər yerinəƏgər mən olsam, o geysuyi-müşkitər yerinə,Öpüb, qucub, sarılardım o şuxun hər yerinə.