Əgər mən olsam, o geysuyi-müşkitər yerinə
Əgər mən olsam, o geysuyi-müşkitər yerinə,Öpüb, qucub, sarılardım o şuxun hər yerinə.
Şəkər nədir ki, onun həsrətin çəkəm sənsiz,Mənə kifayət edər ləblərin şəkər yerinə.
Qızıl, gümüşsüz hanı məndə öylə tale ki,Qucaqlayaydım o nazik belin kəmər yerinə?!
Könüldə qəmzən oxu – ölmədim, deyirlər bəs,Sağalmaz, hər kimin ox dəysə gər sevər yerinə.
Xəyali-zülfü rüxünlə keçər gecəm-günüzüm,Birisi şamə bərabər, biri səhər yerinə.
Fələk, həqir eləyən kəslərin muradinə yet!Bu mərhəmət, gün olur ki, gəlib düşər yerinə.
O şuxi-məhvəşi tavusa bənzədir könlüm,Üzündə türreyi-müşkini balü pər yerinə.
Cahanda hər kəsin öz qibləgahı, Məkkəsi var,Mənim də qibləm üzün, xalların Həcər yerinə.
Bu sərvboyluların, Vahid, hər qəmin çəkdim,Həmişə göz yaşı verdi mənə səmər yerinə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-eger-men-olsam-o-geysuyi-muskiter-yerine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey deyən, xar yaxınlaşdı vəfasız gül ilə,Gül bu az ömrü ilə bəhs qılır bülbül ilə.
Günəşlə bəhs edirəm mən bu gül cəmalım iləGünəşlə bəhs edirəm mən bu gül cəmalım ilə,Necə bərabər olur ay iki hilalım ilə?
Ürəkdən eyləmişəm mən bu əhdi tarım iləÜrəkdən eyləmişəm mən bu əhdi tarım ilə,Günüm keçəydi həmişə o nazlı yarım ilə.
Keçsəydi xoş günüm əgər ol gülüzar iləKeçsəydi xoş günüm əgər ol gülüzar ilə,Əğyarə minnət etməz idim ahü zar ilə.