Ürəkdən eyləmişəm mən bu əhdi tarım ilə,Günüm keçəydi həmişə o nazlı yarım ilə.

Vəfalı bülbülüyəm bir gülüzlü cananın,İnanmışam ona öz doğru etibarım ilə.

Şərəflə ömr keçirmək böyük səadətdir,Fədasıyam bu yolun mən öz ixtiyarım ilə.

Həmişə xoş keçəcəkdir həyatımız, günümüz,Bir olsa hər sözümüz nazənin nigarım ilə.

Vətən oğulları nəslilə iftixar eylər,Olur ki, fəxr edərəm mən də yadigarım ilə.

Behişti görməmişəm, arizu da eyləmirəm,Vətəndə keçsə günüm yari-gülüzarım ilə.

Məhəbbət əhlinə, Vahid, çalış, yaxın gəlməKi, qorxuram, yana qəlbin bu ahü zarım ilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви