Keçsəydi xoş günüm əgər ol gülüzar ilə
Keçsəydi xoş günüm əgər ol gülüzar ilə,Əğyarə minnət etməz idim ahü zar ilə.
Mən ol səfa ki, arizi-cananda görmüşəm,Hərgiz dəyişmərəm onu yüz min bahar ilə.
Bilməz vüsal qədrini hər aşiqəm deyən,Ta yanmayınca dərdü qəmü intizar ilə.
Məşuqə aşiqilə tanınmışdır aləmə,Qiymətlənir qaş ilə üzük, zər əyar ilə.
Cananə öz dilimlə dedim, aşiqəm sənə,Zövqüm səninlədir, nə işim var kənar ilə.
Divanəyəmmi mən, yenə zəncirə bağlanam?Salmış kəməndə eşq məni zülfi-yar ilə.
Kuyi-nigarə layiqi yoxdur hər aşiqin,Mən tapmışam bu Kəbəyə yol etibar ilə.
Eşq əhlini təbiət özü imtahan edib,Məcnunu dərdi-hicr ilə, Mənsuru dar ilə.
Aləm bizim diyarımızın həsrətin çəkir,Biz mehribanlıq eyləyirik hər diyar ilə.
Ahu baxışlı Azərbaycan gözəlləriBir bax, çəməndə seyr eləyirlər qatar ilə.
Vahid, bu şeri Təbrizə göndərmək istərəm,Qismət olaydı, bir görüşək Şəhriyar ilə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-kecseydi-xos-gunum-eger-ol-guluzar-ile
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Neyləsin biçarə aşiq, yar əgər yar olmasa?Xarə yalvarmazdı bülbül, eşqi-gülzar olmasa!
Ölməzdim, əgər sən kimi bir dilbərim olsaÖlməzdim, əgər sən kimi bir dilbərim olsa,Bir afəti-can, şuxi-mələkmənzərim olsa.
Yar əgər mehrü vəfanı düşünən yar olsaYar əgər mehrü vəfanı düşünən yar olsa,Qəm deyildir, bütün aləm bizə əğyar olsa.
Zülfünə mişki-xəta söylədi dil, qıldı xətaZülfünə mişki-xəta söylədi dil, qıldı xəta,Zülfünün bir telinə müşk ola bilməzdi bəha.
Стихи других поэтов · О любви
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Saqiya, mey ver ki mən meyxanədə küllənmişəmSaqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Сокровищница тайн, глава 18Повелитель сердец начал пиршество в некую ночь;Побеседовать с равными был он в ту пору не прочь.