Yar əgər mehrü vəfanı düşünən yar olsa,Qəm deyildir, bütün aləm bizə əğyar olsa.

Əhli-dil zövqü səfanı ləbi-canandan alır,Zülmdür aşiqə, cananı dilazar olsa.

Var nə qəm, gözlərinin xəstəsinə yoxdur əlac,Ləblərin çarə edər, hər necə bimar olsa.

Zülfü, xalı o məhin göz yaşım eylər rövşən,Gecə aydınlıq olar, sabitü səyyar olsa.

Yar əgər aşiqə qəmxarlıq etməzsə, nə qəm,Qəm odur, özgəyə məşuqəsi qəmxar olsa!

Gözlərin şövq ilə qan tökməyə çox rağibdir,Məstdir, bunca xəta eyləməz, huşyar olsa.

Var ümidim mənə, Vahid, daha zülm eyləməyəHali-zarımdan o məhparə xəbərdar olsa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви