Məh cəmalından, nigarim, əbri-zülfün qıl kənar,Çahi-zülmətdən tülu etsin gün, olsun aşikar.

Dur müqabil ay ilə, zülfün götür ruxsardən,Gün cəmalın mahi-nov gördükdə olsun şərməsar.

Zülfi-ruyin görsə bir gər bağban ruxsardə,Hərgiz etməz meyli-sünbül nə xəyal, ey laləzar!

Zülfün içrə şöl edər şəmi-cəmalın dövrəsin,Mürği-dil yanmaqlıq istər ruzü şəb pərvanəvar.

Badeyi-eşqin içə hər kim sənin, ey qönçə ləb,Məst olur, ta var nə qədr ömrü, olmaz huşyar.

Kəc dolanır çərxi-dun daim mənimlə, qeyrə düz,Tərk qılmaz bir cəfa rəsmin bu çərxi-kəcmədar.

Məcnunasa mən dolandım çölləri, ey Leylivəş,Həmdəmim vəhşü təyur oldu, məkanım kuhisar.

Yadigar hər kimsədən bir növ qaldı dəhrdə,Bu qəzəl də Vahidi-biçarədəndir yadigar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви