Fələk, bu hali-zarimdən mənim əhli-cahan ağlar
Fələk, bu hali-zarimdən mənim əhli-cahan ağlar,Fəraqi-yaridə könlüm edib hərdəm fəğan ağlar.
Gözümdən caridir əşkim, misali çeşməyi-Ceyhun,Düşə bir qətrəsi ümmana, izhari-nihan ağlar.
Yamandır aşiqin ahı, deyirlər, imtahan olmuş,Tuta bir dəfə gər yarı, yəqinən hər zaman ağlar.
Tapılmaz heç də dərmanı, olar daim gözü giryan,Mənim tək bəstəri-qəmdə verər həsrətlə can, ağlar.
Görə gülşəndə gər bülbül gül ilə xarı bir yerdə,Bəziri-pər çəkib güllər, olunca ta xəzan ağlar.
Uçub mürği-könül təndən, dolanır kuyi-dilbərdə,Çəkər yari-sitəmkarə, fədai-əlaman, ağlar.
Nigara, Vahidi giryan qılıbdır cəzbeyi-eşqin,Edibdir sərvi qəddin firqətin misli-kəman, ağlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-felek-bu-hali-zarimden-menim-ehli-cahan-aglar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tənuri-atəşi-eşqində yandım, dilkabab oldum,İlantək qıvrılıb zülfündən ayrı piçtab oldum.
Ləbin şövqilə, ey gül, maili-cami-şərab oldumLəbin şövqilə, ey gül, maili-cami-şərab oldum,Olub məsti-meyi-eşqin, əcəb xanəxərab oldum!
Dün dilbərimi məclisi-meyxanədə gördümDün dilbərimi məclisi-meyxanədə gördüm,Əksi-rüxi-cananımı peymanədə gördüm.
Həmişə yari-bimehri rəqibə mehriban gördümHəmişə yari-bimehri rəqibə mehriban gördüm,Vəfa tərkin qılıb, zülmü gözəllərdə əyan gördüm.
Стихи других поэтов · О любви
مشکی که ز چین ختن آهو دارداز چینِ سرِ زلف تو آهو دارد
Qaldım aradaMüshəfi-hüsnün, ey günəş-rüxsar,Oxunur hər gün ərz ü səmadə,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
شکر که ایام غم رفت و به پایان رسیدصبح دلآرای وصل خرم و خندان رسید