Sən əgər olmasan, ey gül, mənə canan kim olar?O xumar gözlərinə valehü heyran kim olar?

Sevir aləm səni bir gözlərinin xatirinə,Yoxsa tək zülfün üçün bunca pərişan kim olar?

Gir gülüstanə, sevinsin, oxusun bülbüllər,Gül bahar mövsümü görsənməsə, xəndan kim olar?

İncidib salma nəzərdən düşən aşiqlərini,Əhli-eşq olmasa, kuyində nigəhban kim olar?

Zövqi-vəslinlə əgər mən də fəğan eyləməsəm,Hüsnünün gülşəninə bülbüli-nalan kim olar?

Çox demişlər sənə, cövr eyləmə biçarələrə,Aqibətdə görək, ey şux, peşiman kim olar?

Ölməmişkən, gözəlim, Vahidə qiymət verir el,O da getsə, vətənə, xalqa qəzəlxan kim olar?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви