Molla Həsən, niyyətinə mərhəba,İş düzələr, deyirdin bu gün, sabah.Qoy yenə əmmamə, geyin bir əba,Hər yerə çatdıqda elə lovğalıq,Mindi qədim şöhrətinə mollalıq.

Əyri otur, doğru cavab ver mənə,Tutaq ki, əmmaməni qoydun yenə.Kim baxacaq indi, ay əbləh, sənə?Molladan aləmin gedir zəhləsi,Onda da əsrin gözaçıq fəhləsi.

Məsələ aydındı bu gün hər kəsə,Biz gərək hər yerdə verək səs-səsə.Qaldı öz əlmizdə məscid, mədrəsə,İzn verib bizə konstitutsiyə,Batmayacaq molla qəmə, qüssəyə.

Gördüyümüz kəndli, fəhlə oyandı,Bizdə olan fəndi, hiyləni qandı.Allahı da bunlar axırda dandı,Dini kökündən qoparıb atdılar,Məscidi minbərnə vurub qatdılar.

Mollanı yoxdursa görən gözləri,İndi neçin dəvət edir özləri.Xalq içinə yayma bu cür sözləri,Tutmadılar, qəm yemə, hörmətmizi,Özləri çəkdi yenə minnətmizi.

Korsan, həqiqəti görürsən məyər?Kolxozu insafla düşünsək əyər,Tərifinə onda bilərsən, dəyər.Kütlə gözündən utanıb salmasan,Zurnanı hər yerdə gedib çalmasan.

Kolxoza sədrdir əmoğlum Bəşir,Mənimlə xəlvətdə o da əlləşir.Hər yerə çatdıqda salır vay, həşir,Evimizi, axır ki, bu kolxoz yıxıb,Var-yoxumuz səlt əlimizdən çıxıb.

A kişi, yanaşma xalqa düşmən kimi,Asarlar əmmaməni örkən kimi.Qol-qabırğan sınar kərgədən kimi,Keçmişə adlanma, o başqa gündü,Kolxozçular qazdan ayıqdı indi.

Heç insafdı cındırı çıxmış Rza,Ömründə bir çarıq geyməyib taza.Bir ay deyil, üzv keçib kolxoza,İndi navıkat geyinir, boyna bax,Mollanı da bəyənməyir, oyna bax!

Gör necə erkəksən, ay əclaf kişi,Mən deyən! Ay pərdələyən keçmişi,Kim pozacaq bular düzəldən işi?Zırramasan, çox da keçibdir yaşın,Siyasət elmindən çıxmayır başın.

Başımda var beş-on nəfər öz tayım,Yaxın qohumlarım, biboğlum, dayım.Qırılmışlar az deyil, hansın sayım?Seçkiyə, hətta seçəcəklər məni,İndidən eyləyim xətircəm səni.

Düşmə bu xülyaya bu gündən bəri,Unut o xalqı soyduğun günləri.Sən kimi sarsaq xərəmöminləriTövləyə də qoymayacaqlar, inan,Get bir iş axtar, özünə gün qazan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира