Fikr edirdim, olacaqsan mənə cananə, gözəl
Fikr edirdim, olacaqsan mənə cananə, gözəl,Qeyrilər eylədi məndən səni biganə gözəl.
Mən dedim, qismət olar, ömr elərik dünyada,Aqibət oldu bu əhdim mənə əfsanə, gözəl.
Sən əgər bülbül idin, mən də sənə bir gül idim,Dərdi bülbülə verib, xari gülüstanə, gözəl.
Etdiyin səhvini axırda bilərsən sən özün,Bivəfalıq yaraşan şey deyil insanə, gözəl.
Nə qədər sən məni hicran oduna yandırsan,Tab qıllam, əgər etsən məni pərvanə, gözəl.
Yenə get fikr elə, mən Vahidəm eşqində sənin,Varam öz eylədiyim əhdimdə mərdanə, gözəl.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-fikr-edirdim-olacaqsan-mene-canane-gozel
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yoxsa, ey gül, yenə gülzardə hal eyləmisən?Qönçənin bağrını qan, bülbülü lal eyləmisən?
Dedim: – Ey qönçdəhan, könlümü qan eyləmisənDedim: – Ey qönçdəhan, könlümü qan eyləmisən,Dedi: – Bica yerə eşqimdə fəğan eyləmisən!
O gün də söz verib, ey mahiparə, gəlməmisənO gün də söz verib, ey mahiparə, gəlməmisən,Bu gözləməklə günüm oldu qarə, gəlməmisən.
Eşqin eləsə könlümü qan, bilməyəcəksənEşqin eləsə könlümü qan, bilməyəcəksən,Yüz dəfə desəm mətləbi qan, bilməyəcəksən!
Стихи других поэтов · О любви
بازار شوق پردگیان باز درگرفت
YarımDodaqları gül qönçəsi,Yanaqları lala yarım.
Qəzəl: Dəmbədəm nalan olarsam, nola, manəndi-həzarDəmbədəm nalan olarsam, nola, manəndi-həzar,Görmədim buyi-vəfasın qönçədən, ey gülüzar
از همه عالم کران خواهم گزیدعشق دل جویی به جان خواهم گزید