Bir də görsəydim səni röyadə, qurban bayramı,Həsrətim qalmazdı bu dünyadə, qurban bayramı!

Həzrəti İbrahimin sənsən ucaldan şöhrətin,Sən onun artırdın aləmdə cəlalın, dövlətin,Bir sənə tapşırdı, getdi, biz müsəlman ümmətin,Olmuşuq irsən sənə dildadə, qurban bayramı!

Göz önündə keçmişim sınmış təkər tək fırlanır,Sanki əmrimlə yenə kef məclisim hazırlanır,Tüstü qalxır, dalbadal, şişlik gəlir, manqal yanır,Gəzdirir məşuqəm əldə badə, qurban bayramı!

İndi də fikrimdədir, bərk içmişəm, kəlləm dolu,Məclisimdən qovladım bayram günü bir yoxsulu,Nə kəbab verdim, nə verdim bir qəpik bayram pulu,Aclığından başladı fəryadə, qurban bayramı!

Məclisimdə curlarım varlıydı, bəy, xan, büsbütün,Layiqi yoxdu bizə hər yoxsulun, hər bir lütün,Yüksəlirdik göylərə çıxdıqca manqaldan tütün,Fəxr edirdim mən səninlə, adə, qurban bayramı!

İndi neylim çevrilib, dünya dəyişmiş sərbəsər,Var nə qurbandan, nə şişlikdən, nə manqaldan əsər,Köhnə adətlər pozuldu, mən qocaldım, müxtəsər,Düşməyir illərcə əsla yadə, qurban bayramı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира