Saldı hicran oduna ol büti-məhparə məni,Eylədi zülfütək hicridə günü qarə məni.

Dərdi-tüğyanimə bica yerə zəhmət çəkmə,Tari şahiddi, təbib, öldürdü bu yarə məni.

Qıldı könlüm quşunu həlqeyi-zülfündə əsir,Var xəyali, çəkə Mənsur kimi darə məni.

Səri-kuyində vətən qılmış idim dildarın,Üzdü vəslindən əlim, eylədi avarə məni.

Məntək aləmdə qəmü dərdə giriftar olsun,Kim ki, həsrət qoyub ol məhvəşi-dildarə məni.

Sən bu hüsnilə Züleyxayi-cahansan, ey məh,Nola, eşqin çəkə Yusif kimi bazarə məni.

Vahida, zülfi-nigarim kimi incəldi tənim,Bənzədir kim görə ol zülfdə bir tarə məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви