Nə gözəlsən, gözəlim, hər kəs olur heyranın!
Nə gözəlsən, gözəlim, hər kəs olur heyranın!Yıxacaqsan bu gözəlliklə evin dünyanın.
Saçların rayiheyi-müşki nəzərdən saldı,Gözlərin valeh edib gözlərini ceyranın.
Zalim, insaf elə, can qoymadın aşiqlərdə,Gündə yüz mən kimi biçarə olur qurbanın.
Xəstədir könlüm o gündən bəri zülfün görəli,Həsrətindən ölərəm, olmasa gər dərmanın.
Başqa bir fikrlə hər kim sənə kəc baxsa, gülüm,İti xəncər kimi batsın gözünə müjkanın.
Nazəninlər səni gördükdə xəcalətdən ölür,Vay əgər töksən üzə zülfi-əbri-əfşanın!
Vahid, ümmidi-vüsal eyləmə, biçarə, səninBu xəyalət ilə axır çıxacaqdır canın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ne-gozelsen-gozelim-her-kes-olur-heyranin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qaşların tağı edib tağı-kəlisanı şikəst,Hüsnünün məshəfi İncil ilə Quranı şikəst.
Həmişə eşqinlə eylərəm fəğan, ey dostHəmişə eşqinlə eylərəm fəğan, ey dost,Olubdur hər tərəfə göz yaşım rəvan, ey dost.
Töküb rüxsari-alına nigarım zülfi-mişkinbuTöküb rüxsari-alına nigarım zülfi-mişkinbu,Sanarsan, xətteyi-Rumi tutubdur ləşkəri-hindu.
Səni görcək dedim, ey dil, nə dilaradır bu?!Səni görcək dedim, ey dil, nə dilaradır bu?!Bu qədər cazibə var bunda – Züleyxadır bu.
Стихи других поэтов · О любви
Xalqlar üz-üzə dursa da,Eşq-məhəbbət ölməyəcək...
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
BilürmiƏrz-i halım qasid söylə dilbərə,Gör ki mənim ah-ü zarım bilürmi.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!