Həmişə eşqinlə eylərəm fəğan, ey dost,Olubdur hər tərəfə göz yaşım rəvan, ey dost.

Gərək müdam eləyəm nalə əndəlibasa,Bahari-ömrümü sən eylədin xəzan, ey dost.

O gül cəmalına həsrət qoyubsan aşiqini,Məni fəraqın edib çünki bağrıqan, ey dost.

Əlimdən aldı səni gərdişi-zəmanə, odur,Fələk cəfası edib qəddimi kəman, ey dost.

Könül vətən eləmiş zülfün içrə, müddətdir,Qəribü bikəsə lazımdır bir məkan, ey dost.

Nə qədər səbr qılım firqətin cəfasına mən,Fəraq tirinə, könlüm olub nişan, ey dost.

Şikəstə Vahidi salmış bəlayə hicranın,Yoxumdu təqatü tabım, gedib təvan, ey dost.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви