Qaşların tağı edib tağı-kəlisanı şikəst,Hüsnünün məshəfi İncil ilə Quranı şikəst.

Qarət eylər ərəqin dövrünü üzdən səri-zülf,Qoyma hindubeçə qılsın dürri-qəltanı şikəst.

Həddi olmaz sənə həmtaliq edə şəmsü qəmər,Şöleyi-hüsnün edər, mehri-dirəxşanı şikəst.

Gər bu qamətlə xüram eyləyərsən bağ içrə,Tanri şahiddi, edər sərvi-xuramanı şikəst.

Ləblərin ləli-Yəməndir, dəhənin hoqqeyi-dürr,Dişlərin dövri-ləbin eyləyər mərcanı şikəst.

Daneyi-xalını rüxsarın əra görsə əgər,Zahid eylər təməi-rövzeyi-rizvanı şikəst.

Vəsf edər əhli-riya Vahidə qılmanü behişt,Bilməyir, yarım edər hüriyü qılmanı şikəst.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви