Ey gül, mənə hər cövr eləyirsən, xəbərim var,Bir gün yaxar axır səni ahım, səhərim var!

Leyli nəçidir, hüsnün ilə bəhs edə bilsin,Məcnun nədir, ondan mənim artıq hünərim var!

Görcək məni, min naz ilə gizlətmə camalın,Pis göz sənə dəyməz, gözəlim, xoş nəzərim var.

Aləm yığıla, dərdimi mindən biri bilməz,Zülfün həvəsilə o qədər dərdi-sərim var.

Hind əhlinə göstər, gözəlim, çeşmlə zülfün,Fəxr etməsin ahuyi-Xütən – müşki-tərim var.

Cananla mey içdikdə rəqibin gözü çıxdı,Od tutdu, alışdı, ona bildi zərərim var.

Sultanlara baş əymərəm, hərçənd, fəqirəm,Xoşdur mənə, səntək, gözəlim, taci-sərim var!

Vahid, hələ az yazmısan övladi-vətənçün,Çox yerdə gedib lovğalanırsan, əsərim var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви