Fəxr eyləmə, ey bülbüli-şeyda, çəmənim var,Qoy fəxr eləyim mən ki, gözəl bir Vətənim var!

Namərdəm, əgər huriyü qılmana dəyişsəm,Gülzari-Vətəndə o gözəllər ki, mənim var.

Fəxr olmasa, Fərhadı, deyərdim, mənəm əsrin!Minlərcə mənim xosrovi-şirinsüxənim var.

Baxdıqca bu gülrüxlərə artır yenə eşqim,Bundan belə dünyada nə dərdü-mihənim var!

Məcnuniyəm hər bir uca boylu, qara zülfün,Ey müddəi, gəl gör necə sərvü səmənim var!

Gəncəm, gözələm, xəlqimin istəklisiyəm mən,Qiymətli göhər tək Vətənimdə sevənim var!

Vahid, mənə təklif eləmə özgə nigarı,Öz sevgilim, öz dilbəri-nazikbədənim var!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви