Çal, aşıq, oxuyum bir el mahnısı,Sazında dinləsin tellər səsimi.Yurdumun qocaman bir bülbülüyəm,Eşitsin ölkələr, ellər səsimi.

“Ərağ”ı “Rast” qıl, çal “Şahnaz”la,Muğamı başlayım “Şur”ü “Hicaz”la,Dünyanı coşdurum bu xoş avazla,Aparsın hər yana yellər səsimi.

Qoy səsim ən uca dağlara yetsin,Hava dalğalansın, dumanlar getsin,Dərələr, təpələr hərəkət etsin,Öyrənsin nəhrlər, sellər səsimi.

İçilsin toylarda sərin qımızlar,Oynasın bir yerdə oğlanlar, qızlar.Türkmən elləri, igid qırğızlar,Qazaxlar, özbəklər dinlər səsimi.

Rus, erməni, gürcü can bir qardaşıq,Tacik, tatar, beloruslar yoldaşıq,Biz hamımız birik, bir vətəndaşıq,Səslər Ukraynada çöllər səsimi.

Yalan söz bilmərəm, sözüm gerçəkdir,Ölkəmiz günəşdən şəndir, göyçəkdir,Bütün yaşıllıqdır, güldür, çiçəkdir,Alqışlar bülbüllər, güllər səsimi.

Şairəm, sevgimə uyğundur ölkəm,Əməkçi xalqımın dostuyam möhkəm,Düşmən nə eylərsə etsin, qəmi kəm,Kəsə bilməz xain əllər səsimi.

Budur dilimizin gözəl şüarı,Sədaqətlə hər bir oğlan, qız, qarıSeçib-seçilməyə var ixtiyarı.Sevər azad olan dillər səsimi.

Zalımlar seçkidən bütün qovuldu,Od tutdu xainlər, külü sovruldu.Düşmənin gözləri çıxdı, ovuldu,Zəfərlər qoynunda bəslər səsimi.

Xalqımız xoş günə çıxandan bəri,Leninin adıdır dillər əzbəri,Heç zaman unutmaz Vahid rəhbəri,Yazsınlar tarixə illər səsimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине