Səni görcək dedim, ey dil, nə dilaradır bu?!
Səni görcək dedim, ey dil, nə dilaradır bu?!Bu qədər cazibə var bunda – Züleyxadır bu.
Can verir naz ilə, min can alır aşiqlərdən,Gündə min möcüzə var bunda, Məsihadır bu?
Bircə Məcnun idi Leylanı sevib aşiq olan,Buna min aşiq olan var, necə Leyladır bu!
Eşq dərdin çəkən aşiq meyi-nab içməlidir,Piri-meyxanə özü verdiyi fitvadır bu.
Zülf sevdası məni gör necə başdan çıxarıb,Bircə mən bilmədim, axır ki, nə sevdadır bu?!
Gözəlim, aləmə minlərcə gözəllər gələcək,Çox da hüsnünə fəxr eyləmə, dünyadır bu.
Mənə yüz dəfə vəfasızlıq edən bir gözəliSevirəm mən yenə, göz bir, nə müəmmadır bu!
Sən tamaşa elə, Vahid, bu pəriçöhrələrə,Fürsəti fövt eləmə, yaxşı tamaşadır bu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-seni-gorcek-dedim-ey-dil-ne-dilaradir-bu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Günümü qıldı siyəh, ol məhi-taban getdi,Bilməm, ol mah görüb məndə nə nöqsan getdi?
Bu nə meydir ki, içirkən məni bihuş etdi?Bu nə meydir ki, içirkən məni bihuş etdi?Xatirimdən qəmi-ənduhi fəramuş etdi!
Olmuşam, ey tazə gül, hüsnü cəmalın aşiqiOlmuşam, ey tazə gül, hüsnü cəmalın aşiqi,Bülbülasa ol ləbi-qönçə misalın aşiqi.
Sanma, ey dil, hünəri növi-bəşərdən xaliSanma, ey dil, hünəri növi-bəşərdən xali,Ehtiyat et, deyil heç kimsə hünərdən xali.
Стихи других поэтов · О любви
Оглушенный, я поддался крику сердца моего —И, влюбленный, кроме боли, я не видел ничего.
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsinMəgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.
Sənli baharGəldin bahar gələn günü gəldin bahar kimi,Hüsnün açıldı ömrümə bir laləzar kimi.