Olmuşam, ey tazə gül, hüsnü cəmalın aşiqi
Olmuşam, ey tazə gül, hüsnü cəmalın aşiqi,Bülbülasa ol ləbi-qönçə misalın aşiqi.
Məscidü mehrabə baş əyməz, yəqinimdir, əgərOlsa zahid taqi-əbruyi-hilalın aşiqi.
Neylər ol kəs sünbülü gülzarü səbzü danəni,Ola gər ruxsarü zülfü xəttü xalın aşiqi.
Gün düşüb hər gün ayağın altına eylər sücud,Sayeyi-qəddinlə olmuş payimalın aşiqi.
Mahi-nov yetməz təmamə görməyincə gün üzün,Kəsbi-nur istər, olub rüxsari-alın aşiqi.
Nola, gər hicrində olsa könlümüz dərdə düçar,Ahü zar eylər, olub bəzmi-vüsalın aşiqi.
Vahidə eyb etməyin dərvişə olsa aşina,Əhli-hal olsun gərəkdir əhli-halın aşiqi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-olmusam-ey-taze-gul-husnu-cemalin-asiqi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözəl desən gözələm mən, pəri desən pəriyəm,Məni sevən igidin mən sevimli dilbəriyəm.
SəninEy Tiflisə gedən Bakı gözəli,Yayıldı ellərə sorağın sənin.
Qızıl OrduQızıl Ordu girən kimi meydana,Saldı faşizmin canına muryana.
Əsgər nəğməsiÇox cəbhələr yarıb igid ordumuz,Bizimlə qorunmuş gözəl yurdumuz,
Стихи других поэтов · О любви
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənəKönül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.