Ərz-i halım qasid söylə dilbərə,Gör ki mənim ah-ü zarım bilürmi.Dolanıb başına öp ayağını,Üzülübdür ixtiyarım bilürmi.

Saxlaram hicranda qəmgin başımı,Axtarıb tapmanam o sərdaşımı,Gözlərimdən axan qanlı yaşımı,Ala gözlü nazlı yarım bilürmi.

Yandım hicr odına, yoxdu yalanı,Cabəca ərz ilə gedib filanı,(Mələkballı Qurban) çəkən bəlanı,Bimürvət, biiqrarım bilürmi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви