Firqətindir, sənin, ey məh, gətirən canə məni,Salan avarə cununtək bu biyabanə məni.

Ağlaram rahi-fəraqində sənin şamü səhər,Sənin eşqindir edən bilgilən divanə məni.

Rəhmə gəl, rəhm elə, incitmə məni, aşiqinəm,Öldürər, axırı bu təneyi-biganə məni.

Bənd olub mürği-dilim zülfi-siyahində sənin,Aldı aramimi gör, saldı nə hicranə məni!

Taqi-əbrulərinin səcdəsin etdikdə əcəbDəstirəs eylədi möcüz ilə imanə məni.

Vahida, etmə şikayət dəxi məhvəşlərdən,Tuş edən bəxtdir bu dərdi-fəravanə məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви