Ölməzdim, əgər sən kimi bir dilbərim olsa
Ölməzdim, əgər sən kimi bir dilbərim olsa,Bir afəti-can, şuxi-mələkmənzərim olsa.
Hər gün dolanıb başına qurbanın olardım,Pərvanəsifət uçmağa balü pərim olsa.
Mən də sevilərdim bütün aşiqlər içində,Ahuləri Məcnun eləyən gözlərim olsa.
Şövq ilə nisar eylərəm hər bir qədəmində,Dərya qədəri əldə dürü gövhərim olsa.
Kuyində mənə, qoy nə bilir, eyləsin əğyar,Əlbəttə, cəzasın çəkər, Allah kərim olsa.
Biganəyə mən bir belə minnətmi edərdim,Könlüm kimi bir yari-vəfapərvərim olsa.
Vahid, demərəm dərdimi mən başqa nigarə,Yarım bilir, eşqində nə dərdi-sərim olsa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-olmezdim-eger-sen-kimi-bir-dilberim-olsa
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəzəl böyük ədib və şair Hüseyn Cavidə ithaf edilmişdir*Biz bir qatar tutiyi-şirinsuxənlərik,
Könül, biz aşiqik, eşq ilə iftixar edirikKönül, biz aşiqik, eşq ilə iftixar edirik,Bu iftixarimizi xəlqə intişar edirik.
Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?Aşikar eyləməyincə ürəyim qan olacaq.
Könül, həmişə səadət bizimlə yar olacaqKönül, həmişə səadət bizimlə yar olacaq,Xəzan qəmi bitəcək, ölkəmiz bahar olacaq!