Günəşlə bəhs edirəm mən bu gül cəmalım ilə,Necə bərabər olur ay iki hilalım ilə?

Mən istəsəm, salaram əhli-eşqi zəncirəKəmənd zülflərimlə, xəyali-xalım ilə.

Bir ay səfayi-vüsalimdən istifadə edən,Yüz il də ömr eləsə, fəxr edər vüsalım ilə.

Nəzakət əhli bilər, var nə şivələr məndə,Əsirdir mənə aləm bu xoş xisalım ilə.

Məni təbiət əzəl gündən nazənin yaradıbKi, layiqəm bu qədər şanə öz kəmalım ilə.

Məni sevən gərək eşqimdə min bəla çəksin,Keçirdə xoş gününü möhnətü məlalım ilə.

O bağiban mənə layiqdir, əhli-dərd olsunKi, bəsləsin məni tər qönçətək bu halım ilə.

Mənim də dərdimi, Vahid, deyərsən ol şuxə,Nədənsə, mən bacara bilmədim o zalım ilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви