Zülfi-ənbərşikəni, ol büti-şəkkərsüxənin
Zülfi-ənbərşikəni, ol büti-şəkkərsüxəninYarın vəfası olmasa, biganə neyləsin?
Pərvanə, eşqi var, dolanır şəm başına,Şəm isə yandırır onu, pərvanə neyləsin?
Zülfündə nalə eyləsə, incitmə könlümü,Zəncirə tab qılmasa, divanə neyləsin?
Məşuqun özgələrlə gəzir, umma xəlqidən,Bir ev ki, getdi qarətə, həmxanə neyləsin?
Gül qönçəlikdən adət edib bivəfalığı,Dönmüşsə bülbülün ürəyi qanə, neyləsin?
Yıxdı rəqib könlüm evin vəsli-yar üçün,Düşmən mənəm bu zalimə, kaşanə neyləsin?
Meyxanənin şərafətini anla, badə iç,Sərxoşluq eylədin, buna meyxanə neyləsin?
Sındır təbiətində olan cəhl şişəsin,Sındırma məst olan kimi, peymanə neyləsin?
Vahid! Əlbəttə, yanar atəşi-qürbətdə müdam,Həmdəm fəsad olanda həkimanə neyləsin?
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-zulfi-enbersikeni-ol-buti-sekkersuxenin-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaxşı bil, ay kişi, cansağlığının qiymətini,Yeyib-iç, çəkmə qohum-qardaşının minnətini,
Xəbər varEyb açmağa, ay Kirpi dayı, səndə hünər var,Qoy mən də yazım, gör nə qədər tazə xəbər var!
Fərsiz oğulLap gətirdin məni, ay fərsiz oğul, təngə, zara,Bir təhər dürt özünü sən də bu kolxozbazara.
Poçtalyonun şikayətiAy Kirpi, mənim dərdimi yaz fürsət olanda,Poçtalyonu da al nəzərə növbət olanda.
Стихи других поэтов · О любви
Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
Məni bir qaşı kəman oxladı müjganı iləMəni bir qaşı kəman oxladı müjganı ilə,Atdı bir ox ki yarar könlümü peykanı ilə.
Yarəb, məni cəfayə salan şad olmayaYarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!
نی بین که چون به درد فغانی همی کند؟هر دم ز عشق ناله بسانی همی کند