Yaxşı bil, ay kişi, cansağlığının qiymətini,Yeyib-iç, çəkmə qohum-qardaşının minnətini,

Bax, fərəhlən bu qədəh qaldıran oğlanlarına,Mum günündə bular hər yerdə yetərlər karına.Gündə sağlığına içirlər, barı şükr et tarına,Fövt qılma belə keyf aləminin fürsətini,Yeyib-iç, çəkmə qohum-qardaşının minnətini.

İndi dörd bir tərəfdən buruğun fantan atır,Kiçik oğlun mağazinlərdə araq, pivə satır.Biri bəzzaz malını metrəyə üç sant uzadır,Biri zavmaq, o da yağ, pendirə şey-mey də qatır.Gör bu fəxr etdiyin oğlanlarının qeyrətini,Vətənə, xalqa “sədaqətlə” olan xidmətini.

Sən sovet tərbiyəsin yaxşıca görsəydin özün,Tez görərdi belə nöqsanları hər yerdə gözün.İndi varmı bu suala elə layiqli sözün?Düşünürsənmi, sənə yağdırır el nifrətini,Yeyib-iç, çəkmə qohum-qardaşının minnətini.

196.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине