Bir yerdə ki, hala ucalırkən bəşəriyyət,Vəhşiliyi pamal eləyirkən mədəniyyət,Saçmış şəfəqin gün kimi dünyalara ürfan,Zülmətdən uzaqlaşmadadır aləmi-insan;Elmin, hünərin rütbəsi bir payəyə çatmış,İnsanları şiş göylərə hətta əl uzatmış,Diqqətlə düşündükcə bu gün dövri-zamanıBambaşqa görürsən bütün övzayi-cahanı.Məktəb – deyə hər kimsədə bir zövq nümayan,Sənət – deyə hər kimsədə bir çöhreyi-xəndan.İnsanlara lazımdır həqiqətdə çalışsın,Olduqca gərək elm ilə, ürfanla alışsın.Vaxta bütün ətrafı tutub elm ilə ürfan,Bəhru-bəri hər dəmdə dolaşmaq olur asan.Yalnız nə ki, bu yolda çalışsın gərək ərlər,Onlarla qadınlar da çalışmaqda bərabər.Zira qurucu böylə qurub tərzi-həyatı,Bizdən də həyatın budur ancaq tələbatı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости