Ey gül, səni axır, bilirəm, öyrədən oldu!Saldın məni hicranə, bu bilməm, nədən oldu?

Dözdüm nə qədər zəhmətə, hər nazını çəkdim,Könlüm qəmi-eşqinlə əsiri-mihən oldu.

Sən böylə vəfasız da deyildin, bilirəm mən,Zənnimcə, səni bu işə təhrik edən oldu.

Rüsvayi-cahan eylədin axır məni, getdin,İndi mənə biganə gəlib tənəzən oldu.

Bir vaxt peşiman olacaqsan bu əməldən,Səndən bu işin bəlkə hesabın çəkən oldu.

Gəzdin, gözəlim, qeyr ilə, mən dərdini çəkdim,Gəldi nə bəla başıma, bu, qüssədən oldu.

Vahid o gülün vəslinə biganə yetişdi,Dərdin çəkən aləmdə bir ancaq Həsən oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви