Zahida, ol sənəmin zülfi-çəlipasına bax
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Zahida, ol sənəmin zülfi-çəlipasına bax,Aç bəsirət gözüvü, nərgisi-şəhlasına bax.
Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır,Tutduğu felini gör, verdigi mənasına bax.
Cənnətə getdi və ya duzəxə mürdə, nə qəmin,İrsinə dik gözüvü, külçəvü həlvasına bax.
İstəyir cənnəti zahid bu qədər hiylə ilə,Əbləhin fikrini gör, dildə təmənnasına bax.
Dili-divanə sevən can tək o zülfi-siyəhi,Başının şurini gör, eşqdə sövdasına bax.
Макта — последний бейт с тахаллусом поэта. Sanma bu Seyyidi sən əhli-cəhənnəm, vaiz,Neyləyirsən əməlin, dildə təmənnasına bax.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-zahida-ol-senemin-zulfi-celipasina-bax
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çəkdi bir padşahi-xunxarə,Bir nəfər düzdi-müfsidi darə.
Oğluma xitab (Cəfər, ey sadəlövhü pakzəmir)Cəfər, ey sadəlövhü pakzəmir,Bil ki, vardır zənanda çox təzvir.
Məkri-zənanVar idi bir müsənnifi-adil,Elm dəryasi, mürşüdi-kamil.
Bəlx şəhərinin qazısı və dülgər hekayəsiBir zəni-işvəsəncü mərdfiribQaziyi-şəhri-Bəlxə oldu nəsib.