Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.Meydani-məhəbbət tərəfə bir güzərin yox.
Mehrabdə əgləş ki, cigərdar degilsən,Bu nari-qəmə yanmağa əsla cigərin yox.
Ta müxbiri-eşq oldu könul, bixəbərəm mən,Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox.
Sən eylə pəri, hur xəyalilə ibadət,Bəzmində ələnnəqd büti-simbərin yox.
Ey zahidi-xüşk, eyləmə üşşaqə təfaxür,Ahi-səhərin, suzi-dilin, çeşmi-tərin yox.
Nə vəslü nə ağuşü nə bir busü kənarın,Ey nəxli-məlahət, bizə əsla səmərin yox.
Ey dil, elədin cənnəti-kuyini təmənna,Uçmağa hanı, heyf, sənin balü pərin yox.
Макта — последний бейт с тахаллусом поэта. Bəsdir sənə rüxsari-zərü əşk çü simin,Seyyid, nə qəmin, gərçi sənin simü zərin yox.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ey-zahidi-xudbin-bilirem-kim-hunerin-yox
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə ki, Yusif-ibn HəccacıNəql edirlər o sahibi-tacı,
Alimlərə hörmət haqqında moizəCəfər, ey nuri-dideyi-Seyyid,Qönçeyi-novrəsideyi-Seyyid,
Bir “qare” ilə şagirdlərin əhvalatıMisrdə bir yeganeyi-dövranMənə bu macəranı qıldı bəyan.
Oğluma xitab (Ey oğul, nifrət eylə vahimədən)Ey oğul, nifrət eylə vahimədən,Vahimə şumdur, müxərribi-tən.
Стихи других поэтов
Söhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
TəlatümTəlatümsüz ürəkdəQan da sırsıra bağlar.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız