Təlatümsüz ürəkdəQan da sırsıra bağlar.Təlatümdən yaranıbDeyərdim sıra dağlar.Su coşmasa, daşmasa,Qranit qayalarlaüz-üzə toqquşmasaTəzələnməz,durulmaz.Duyğu dənizlərindəÇağlayan ürəklərəSinələr də dar olmaz...Ömür burulğarımdanSaxlamasın qoy məniAnamınqapımızdayandırdığı üzərlik.Mənim xoşbəxtliyimçinMənə gərək deyildirDəryaca bəxtəvərlik.Həyəcansızdar gəlirMənə köksün qəfəsi.İnsan nəfəsi verin, mənəİnsan nəfəsi.Neyləyirəm nəfəssizSıra-sıra düzülmüşRəqəmi,ədədi mən?İstəmirəm, a qardaş,Yüz-yüz yalan vədi mən...Mənə rəngsiz, boyasızBircə doğru söz verin.Min gecəni neylirəm,Mənə hərəkət doluMin səsli, min duyğuluTəkcə bir gündüz verin!

Yüz-yüz yalvarışlara,Min-min təmənnalaraDəyişmərəmürəkdənGələn səsi, səmri mən.

İstəmirəm yüz illikİzsiz keçən ömrü mən.MənəHəyəcan doluyalnız bircə gün verin.Yüz ulduz sizin olsun,Mənə bircə gün verin!Hər şeyi bütün verin!Zirvələrin başındaZirvə kimi tək olum!Ağlayanda mən bulud,Güləndə şimşək olum.

İyul, 1970

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов