Y. Məmmədəliyevə ithafDeyirlər, çox ardır yüz il, əlli il,İnsana bir ömür kifayət deyil.Hələ isitməmiş öz yerimiziÖlüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,Kaş iki olaydı ömrü insanın.Nola, çalışsaydıq ömrün birində,Sonra əylənəydik biz digərində.

Hərə öz ömrünə bir cürə baxmış,Hərə bu dünyanı bir cürə anlar.Cahanda bəs nədən zövq alacaqmışZəhmətin özündən zövq almayanlar?

Yüz-yüz ömür belə azdır doğrusuBir ömrü insana az sayanlaraHaramdır bu hava, haramdır bu suƏylənmək eşqilə yaşayanlara.

Yaşamaq-yanmaqdır, yanasan gərək,Həyatın mənası yalnız ondadırŞam əgər yanmasa, yaşamır deməkOnun da həyatı yanmağındadır.

Ömrü az olsa da, qartal yenmədiDedi, səmalarda öz oylağım var.Ömrün azlığından gileylənmədiÖmrü insan kimi başa vuranlar.

"Bu dünya beş gündür",- deyib hər yerdəSağ ikən qəbirdə uzanan da var.Öz alın tərilə bircə ömürdəYüz insan ömrünü qazanan da var.

Fevral, 1956

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов