Xudunun əziz xatirəsinə

Usanıb şəhərin küy-kələyindənGəldim ziyarətə dost məzarını.Gördüm, sıralanmış qəbirlərdə mənÖlümün möhtəşəm addımlarını.

Gəzdim qəbristanı, gəzdim səbirləRastlaşdım nə qədər tanış qəbirlə.İnana bilmədim gördükləriməŞəhərə dönməkmiş, şəhərdən qaçış!Burda yatanların çoxu, heç deməMənim öz dostlarım, tanışlarımmış.

Orda dən, burda un, arada daş varZamandır hərlədən bu dəyirmanı.Bir-bir üyüdülür dostlar, tanışlarBirdən ayılırıq: filankəs hanı?

Bəzən üzü durur üzsüz astarınNeçə pillesi var tək bircə ömrün.Mən hardan biləydim, ölü dostlarımDiri dostlarımdan çox imiş bu gün.

Usanıb şəhərin hay-həşirindənGəldim ziyarətə dost məzarmı.Gördüm, sıralanmış qəbirlərdə mənÖlümün möhtəşəm addımlarını.

May, 1998

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти