Fəryad
İtaliyanın qədim Pompey şəhəriVezuvi vulkanının püskürməsindən məhv olmuşdur.
Vulkan püskürdü birdən,Bircə anın içindəƏsər belə qalmadıMin illik bir şəhərdən...Şəhər göyə sovrulubYer ilə yeksan oldu,Min ilin yaratdığıBir ana qurban oldu.Deyirlər, göylər beləÜzünə pərdə çəkmiş,Görməməkçün bu halı.Batdı insan arzusu,Batdı insan xəyalı.Bir şəhərin taleyiAxdı bir ulduz kimi.Yanaqlarda gülüşlər,Dodaqlarda kəlmələrDonub qaldı buz kimi.Fəryad qopardı insan,Lalələrin bağrınaXal düşdü birdən-birəBu heybətli nidadan.Diksindi göy də, yer də,Təbiət yasa batdı.
Bu dəhşətli bağırtıAxşamçağı göylərinSinəsini qanatdı.Keçdi illər, əsrlərHər şeyə qadir insanYer üzündə beləcəÇıxdı min imtahandan.Təbiətlə nə qədərİnsan üz-üzə gəldi,Döyüşdə gah əyildi,Gah dikəlib düzəldi...İnsan qələbə çaldı,Min bir arzuya çatdı,Təbiətin önündəQopardığı fəryadıDaş üstündə yaratdı:O, diz üstə yıxılmışKainatı çağırırFəryadıyla imdada,Sol əli torpaq eşir,Sağ əliysə havada...Üzdəki dəhşətə bax,Qorxuya, heybətə bax!Dolandıqca bu nəhəngHeykəlin dörd yanına,Vahimədən adamınLərzə düşür canına...Üzdəki dəhşətə bax!Qorxuya, heybətə bax!Daş üstündə yarananBu insan fəryadına,Baxdıqca nələr düşürHər baxanın yadına.Təbiətdən güclüdürİnsan əzəldən bəri,Pompeyin birdən-birəBatmasına baxma sən.Təbiətin qəzəbiMəhv etdi bir şəhəri,Dünya dağıla bilərİnsanın qəzəbindən.İnsan öz qəzəbiyləİnsanlığın kökünüKəsə bilər dünyadan,Bir dəfə öz əlindənFəryad qoparar insan,Yenə dodaqlarda sözÜzlərdə gülüş donar,Əməli öz başınaCidar olan insana.İnsanın sualı var:Biz batan bir şəhərinAcısını düşünüb,Ah çəkirik bu gün də,Əgər dünya batarsa,Bu dərdə ah çəkməyəBir nəfər qalacaqmıDağılmış yer üzündə?..
Fevral, 1961, Pompey xarabaları
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-feryad
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gecə-gündüz, səhər-axşam,Mən yazıram, oxuyuram.
AntennaBinaların damındaAntenna dirəkləri...
Təəssüfİdman yarışı*Çörək yeyə-yeyə, nərd vura-vura,
BaşAmerika alimi R. Uayt meymunun beynini bədəndən ayrı uzun müddət yaşada bilir. Bu məsələ ilə əlaqədar beynin köçürülməsi problemi üzrə dünya filosofları arasında böyük mübahisələr gedir.*Qəribə aləmdir... zəmanəmizdə
Стихи других поэтов
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Yanar cismim bu gün atəşlərə canü cigərdən çoxYanar cismim bu gün atəşlərə canü cigərdən çox,Olubdur dil müşəvvəş, bilməzəm hansı xəbərdən çox.
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Kimin ki, sən kimi bir yari-sərvqaməti varKimin ki, sən kimi bir yari-sərvqaməti var,Qədin fədası olum, gündə yüz qiyaməti var.