Gecə-gündüz, səhər-axşam,Mən yazıram, oxuyuram.Yazılarım kitab-kitab.Nə olsun ki,Ürəyimə çoxu yatmır,Şeirimdə də nəsə çatmır,Sözümdə də nəsə çatmır.

KönlümüzdənKeçənlərin arxasınca biz qoşuruq,Çalışırıq, vuruşuruq.Səsə düşür məramımız,Əməlsə bu səsə çatmır.Düzü budur:Sözümüzdə hər şey çatır,Özümüzdə nəsə çatmır.

Gəmilərdə üzürük biz,Maşınlarda gəzirik biz.Hey gedirik,Hey gəlirik.Qışı böyük şəhərlərdə,Yayı - dağda,Kurortlarda dincəlirik,Ancaq yenə biz bilirik:Nəsə çatmır,Nəsə çatmır...Lap ayda da,Lap gündə də nəsə çatmır,Çatanların özündə dənəsə çatmır.

Tək mənəmmi bunu duyan?Yox-yox! Hamı gileylidir.Bu, insanın öz həvəsi, öz meylidir.Yaşayırıq, yaradırıq,Öyrənməklə boy atırıq.Dünya - cıdır, Həyat yarış...Ucalırıq pillə-pillə,Boy atırıq qarış-qarış.

Biz həmişə ucalmırıqBir qalxanda,Bir enirik...Bu enişdən, bu qalxışdanYaşamağı öyrənirik.Həyat özü - bir möcüzə,Bu möcüzün qarşısındaGah susuruq,Gah dinirik.Öləndə Deyirik ki, gör təbabət nə acizmiş.Xəstəlik çox,Dərman çatmır, dava çatmır...Son nəfəsdə qışqırırıq:Hava çatmır,Hava çatmır.Öyrənirik -Demək daim qalxırıq bizSon zirvəyə çatmır ancaq əllərimiz.İstəyimiz aşır-daşır,Arzulara çata-çataArzu bizdən uzaqlaşır.Şikayətə başlayırıq özgəsindən.Ancaq heç vaxtBiz şikayət eləmirik özümüzdən.Bir arzuya çatan kimiArzu düşür gözümüzdən...Gah alışır,Gah sönürükÇırpmırıq,Düşünürük:Nəsə çatmır,Nəsə çatmır...

İdrakımın işığıylaZülmətləri çox yarmışam,Ömrüm boyu axtarmışam,Tapmamışam:Nədir, axı, bu çatmayan!?Hər bir sirri açan zamanAçılan sirr,Minbir sirrinVarlığından xəbər verir.AçıldıqcaAçılmayan azalmayır.Aça-aça düyünləri bağlayırıq,Biz günbəgün.Çox vaxt elə bilirik ki,Dadı-duzu qabaqdadır ömrümüzün.Öyrənirik -Günü-gündənUcalırıq, qalxırıq biz...Son zirvəyəÇata bilmir əllərimiz.Qoy çatmasın!Elə deyək: nəsə çatmır!Axı, insanÇatmayana çata-çata insan olmuş,"Hər şey çatır" - deməkdənsə,Ömrün başa çatması xoş!..

Noyabr, 1965

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов