Antenna
Binaların damındaAntenna dirəkləri...Dəmir,Polad çubuqlar,Bir dam üstə göyəribCahanı qucaqlayanNəhəng qanad çubuqlar.
Günün sözü çubuqlarİdrakın təntənəsi,Bəzəyi,Süsü çubuqlar.Şəhərlərdən-şəhərəSəs körpüsü çubuqlar.Qutularda yaşayanİnsanın,Gör-götür dünyasındanHər an,Hər gün bir təzəPay götürmək arzusu,Hər şeyi bilmək,duymaq,görmək arzusu!..Beyin qutularındaÇox darıxmış bu arzu.ArtıqBir neştər kimiBinaların damını yarıb çıxmışbu arzu!Əsrin,GününbaşındaKözərir taclar kimi.Qışda yarpaqlarınıTökən ağaclar kimiTitrəyir,RüzgarındırOnu belə titrədən?..Xeyr!İnanmıram mən!Əsrin əsəbləridirOnu belə titrədən!Ax! bu dəmir ağaclar, -Həndəsi üçbucaqlarDünyanın o başınıÇəkib evlərə bağlar...Cərəyan telləritəkİnsan əsəblərininHey gərilmək arzusu...Hər şeyi gözləriləGörmək,Qulaqlarıylaeşitmək,Əqliyləbilmək arzusu!
Yarışıb gecə-gündüzDərin dənizlərlə biz.Sıldırım dağlarla biz,Dünyanın o başınıEşidirik, görürükBu dəmir gözlərlə biz,Polad qulaqlarla biz...Ancaq...yenə də ancaqBəs deyil bunlar bizə.Könlümüzün min sözü,Min sualı var bizə!Bəzən duya bilmirikBizimlə illər boyuBir binada yaşayanEyni dərdi daşıyanQonşumuzunÜrəyindən keçəni.Burda kimi qınayaq?Onu,Məni,Ya səni?..Bizə elə gəlir ki,.Ağlımız dərindədir,Hissimizsə dayazda...Bilməkdən bezmədikmi?
Gəlin duyaq bir az da...Bal kimi röyalaraUyaq, uyaq bir az da.Qəlbimizin başmaDəmirdən yox, amandır! -Duyğumuzun telindənBir antenna qoyaq biz.Uzaqları bilirik,Yaxınları duyaq biz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-antenna
Клавиши ← → для перехода, R — случайное стихотворение