Yalan hakim olub
Qorxu kölgəsinə sığınmış bu günSədaqət, dəyanət, məhəbbət, allah.Yalan hakim olub, böhtan gözətçi,Çürüyür zindanda həqiqət, allah.
Əyri əyriliyi yeridir daşa,Keçib əyriliklə hamıdan başa.Doğru həsrət qalıb isti bir aşa.Görən hara gedir bu millət, Allah.
Həftələr dəyişdi, günlər dəyişdi,Tərəflər dəyişdi, yönlər dəyişdi.Qiblələr dəyişdi, dinlər dəyişdi,İtə ot verilir, ata ət, Allah.
Ünvanı dəyişib rəzalətin də,Qaymaq da satılır şor qiymətində.İndi sədaqətin səltənətində,Əyləşib hökm edir xəyanət, Allah.
Ha çığır, ha bağır, yatan ayılmaz,Yaxşını yamandan ayıran olmaz.Satsan, üzünə də baxan tapılmaz,Necə ucuzlaşıb ləyaqət, Allah.
Yalanlar həqiqət qiyafəsində,Yeklər cövlan edir şeş xanəsində.Oğrular, əyrilər zəmanəsindəƏyrilik sayılır fərasət, Allah.
İyul, 1989.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-yalan-hakim-olub
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Görməmişlər pul görəndə sevinər,Ağıl gedər, elə bil ki, məst olar.
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Sevdiyim(Azərbaycanın bayrağına)Altun köksün hilal-yıldız, işıqları öpüncə,