Yanar cismim bu gün atəşlərə canü cigərdən çox
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Yanar cismim bu gün atəşlərə canü cigərdən çox,Olubdur dil müşəvvəş, bilməzəm hansı xəbərdən çox.
Açılmaz taleim sübhü, olubdur tirə əyyamım,Salıbdır bəxtimi bu dideyi-dövran nəzərdən çox.
Görüb əhvalımı tə’n etmə, ey tənpərvəri-dövran,Həvayi-eşq ilə çox qissələr keçdi bu sərdən çox.
Demə, ey deyil, cahanda yox mənim tək dəhr pamalı,Nə vardır aləmi-möhnətdə sən tək dərbədərdən çox.
Макта — последний бейт с тахаллусом поэта. Nəsibin, ey Vidadi xəstə, təqdiri-qəzadəndir,Təhəmmül eylə, fikr et, görmə nöqsanın bəşərdən çox.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vidadi-yanar-cismim-bu-gun-ateslere-canu-cigerden-cox
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gərçi yüz min aləm içrə var yarından cüda,Heç kəs mən tək deyil pərvərdigarından cüda.
Həbibim, ta səni mən sevmişəm əşraf arasındaHəbibim, ta səni mən sevmişəm əşraf arasında,Vücudum, atəşi-eşqin yanıbdır saf arasında.
Könül səbrü qərar etməz, gedər yar olmayan yerdəТам, где любви напрасно сердце ждет,Оно увянет, сгинет, пропадет.
Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmişMənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş,Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş.