Mənə bir şuxü şirin dilrüba bir pirəhən tikmiş,Sanasan nəqşi-qüdrətdir əcəb türfə həsən tikmiş.

Tamaşa eylədim üstündə heç əl gəzməmiş guyaÇəkib bir surə öz cismi kimi nazik tikən tikmiş.

Bilir hər kəs, çıxar xoş nazik işlər nazəninlərdən,Bəli, bir lalə üzlü, sərviqəd, nəsrinbədən tikmiş.

Uzaqdır, ey həbibim, böylə iş naəhl olanlardan,Yenə bir dərmənd, eşq əhlinin qədrin bilən tikmiş.

Макта — последний бейт с тахаллусом поэта. Nə xoş olmuş Vidadi xəstənin əhvalına vaqifKi, sə’y etmiş bilib onu, bir əhvalə yetən tikmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви