Qızıla mis qatdılar,bala - şəkər,südə - su.Dəyərsizi, ucuzu bahaya satmaq üçün.Baqqal çəki daşının içini oydu, oyduAlıcını çəkidə müdam aldatmaq üçün.

Özgəsinin yerinə imzalar da atdılar.Torpağa gil qatdılar.Sementə kül qatdılar.Cığaradan, kağızdanSaxta gül yaratdılar,Saxta pul yaratdılar.Hər yerdə ölçüləri qısaldıb uzatdılar.Bir sözlə, saxtalıqlar üstdə bərqərar olanBir dünya yaratdılar.Bu yalan bazarında aldadan da özünüHaqlı bilir, haqq sanırAldadan anlamır ki, aldadanda aldanır.Bu dünyanın ələyi xəlbirinə qarışdı.Yamanlıqla yaxşılıq bir-birinə qarışdı.Həqiqəti rəngləyib, ağartdılar bozları.Dünyanın ən hiyləgər, mahir kələkbazlarıSaat ilə təqvimə əl qata bilmədilər,Yalnız vaxtı, zamanı aldada bilmədilər.

Sentyabr, 1997

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов