Başma döndüyüm, qurban olduğum,Qoyma, dəli Becan yarım apardı!Alışıb oduna büryan olduğum,Qoyma, dəli Becan yarım apardı!

Şah Abbas hökmüylə naməni yazır,Qurub kecavəni olubdu hazır,İsfahandan gəldi bu zalım vəzir,Qoyma, dəli Becan yarım apardı!

Mən Abbasam, heç vaxt söyləməm yalan,Elimə, ölkəmə saldılar talan,Xoca, dəli Becan, Allahverdi xan,Qoyma, dəli Becan yarım apardı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов